irevan moskva 900x575 1

Rusiyada bugündən etibarən Ermənistanın “Jermuk Group” QSC-si tərəfindən istehsal olunan bütün “Cermuk” mineral su partiyalarının dövriyyəsi qadağan edilir.

Globalinfo.az xəbər verir ki, “Kommersant”ın məlumatına görə, bu qərar Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti – “Rospotrebnadzor” tərəfindən qəbul olunub.

Qeyd edək ki, aprelin 28-dən etibarən Rusiyada yalnız müəyyən istehsal tarixlərinə aid konkret məhsul partiyalarına qarşı müvəqqəti məhdudiyyətlər tətbiq olunurdu. İndi isə sanitariya tədbiri məhsulun bütün növlərinə şamil edilir.

Məhdudiyyətlərin genişləndirilməsinin səbəbi kimi suda hidrokarbonat ionu, xloridlər və sulfatların normadan artıq olması göstərilir. Bildirilir ki, məhsulun müalicəvi xüsusiyyətləri ilə bağlı istehlakçıların yanıltılması qeyri-effektiv müalicəyə və sağlamlığın pisləşməsinə səbəb ola bilər.

Qəbul edilən qərarla bağlı Avrasiya İqtisadi Komissiyasına, eləcə də AİİB-ə üzv digər ölkələrin aidiyyəti qurumlarına və ticarət təşkilatlarına məlumat verilib ki, məhsulun yayılmasının qarşısı alınsın.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: