tramp abs irana 20 defe daha guclu zerbe endirecek 1773116210

VaşinqtonTehran atəşkəs şərtləri ilə bağlı razılığa gələ bilməsə, ABŞ İrana qarşı əvvəlkindən daha genişmiqyaslı hücumlar həyata keçirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp deyib.

“Biz onlara çox sərt zərbələr endirdik. Amma bunu yenidən və daha sərt formada edə bilərik. Ümid edirəm ki, buna məcbur qalmayacağıq”, – deyə Tramp bildirib.

O, İranın nüvə silahına sahib olmayacağına söz verib.

“Onlar daha çox razılaşma istəyirlər. Görək vəziyyət necə olacaq”, – deyə Amerika lideri vurğulayıb.

Xatırladaq ki, Tramp daha öncə ABŞİran danışıqlarının son mərhələdə olduğunu bildirmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: