ChatGPT Image May 14 2026 04 35 46 PM

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı hərbi əməliyyatın ən qızğın vaxtında BƏƏ-yə gizli səfər etdiyi açıqlanıb. Məlumata görə, o, ölkə rəhbəri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.

Müharibənin gərgin zamanında bu səfərin məqsədi nə ola bilər?

Globalinfo.az-a danışan politoloq siyasi şərhçi Asif Nərimanlı deyib ki, Netanyahunun Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) gizli səfəri İrana qarşı müharibədə bu ölkənin dəstəyini əldə etmək, ümumiyyətlə Körfəz ölkələrini də prosesə qoşmaq məqsədi daşıya bilərdi:

“Əslində, İranın müharibə arealını genişləndirmək məqsədilə körfəz ölkələrini hədəfə alması bu riskləri yaratmışdı. Hətta BƏƏ və Səudiyyə Ərəbistanının müharibə vaxtı İrana zərbələr endirdiyi haqda məlumatlar var. Ər-Riyad hərbi zərbə endirməklə yanaşı, Tehranla təmasları da davam etdirirdi. Müharibə arealının genişlənməsi Körfəz ölkələrinə sərf etmir.

asif
Asif Nərimanlı

ABŞ-da müharibə arealının genişlənməsində maraqlı deyildi. İstisna deyil ki, Körfəz ölkələrinin İranın hücumları qarşısında daha ehtiyatlı davranış sərgiləməsində bu amil də rol oynayıb. Bu isə İsrailin müharibə planlarına uyğun görünmürdü. O baxımdan, Netanyahunun BƏƏ gizli səfərində region ölkələrinin aktiv müharibəyə qoşulması, anti-İran koalisiyasının genişləndirilməsi hədəflərinin olduğu istisna edilməməlidir. Çünki BƏƏ digər Körfəz ölkələrindən fərqli olaraq, İranın hücumlarına qarşı daha radikal mövqe sərgiləyirdi.

Müharibənin gedişində BƏƏ-nin İrana qarşı koalisiyaya qoşulmasının mümkünlüyü haqda yayılan məlumatlar da bu kontekstdə yada düşür. Görünür, İsrail və BƏƏ İranla müharibə planlarını müzakirə ediblər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: