Ukrayna ordusunda əsgərlərin qohumları Sumıdan geri çəkilmək üçün əmr verilməsini istəyirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Bildirilib ki, səbəb Rusiya qoşunlarının canlı qüvvə və dronlar baxımından üstünlüyüdür.
“Sumı vilayətinin Zapselye ərazisindəki vəziyyət 21-ci Ayrı-ayrı Mexanikləşdirilmiş Briqadanın ukraynalı əsgərlərinin qohumlarının diqqətindən yayınmaya bilməzdi.
Onlar artıq briqada bölmələrinin mütəşəkkil şəkildə geri çəkilməsinə çağıran müraciət yayıblar”, – deyə agentliyin mənbəyi qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az