“Türkiyəni ən axırda onlar…” – Çavuşoğlu xilasedicilərimizdən danışdı

"Türkiyəni ən axırda onlar..." - Çavuşoğlu xilasedicilərimizdən danışdı

Zəlzələ baş verəndən sonra xarici ölkələrdən Türkiyəyə gələn axtarış-xilasetmə qruplarının hamısı ölkələrinə geri dönüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, 90 ölkədən 11 min 320 nəfər Türkiyədə axtarış-xilasetmə işlərinə cəlb olunmuşdu: “Ən son Can Azərbaycan qalmışdı. Can Azərbaycan da işlərini tamamladığından sonra geri döndü”.

O, həmçinin, zəlzələ bölgəsində xarici ölkələr tərəfindən qurulan 32 səhra hospitalından 12-nin fəaliyyətinin davam etdiyini də əlavə edib.