Ermənistanda aparılan sorğuda və ictimai müzakirələrdə Baş nazir Nikol Paşinyanın “Qarabağ hərəkatı bizim üçün ölümcül səhv idi” fikrinə münasibət öyrənilib.
Globalinfo.az xəbər verir ki, sorğuda respondentlərdən “Paşinyanın Qarabağ hərəkatının ölümcül səhv olması ilə razısınızmı?” sualına cavab vermələri istənilib. Bir qrup bu fikirlə razılaşmadığını bildirib, digərləri isə Paşinyanın mövqeyini dəstəkləyib.
Bir qisim isə deyib ki, “artsax” ümumiyyətlə qurulmamalı idi və ermənilər Azərbaycanın tərkibində yaşamalı idilər.
“Belə olsaydı, bu qədər ağır itkilər yaşamazdıq”, – onlar bildiriblər.
Xatırladaq ki, bir qədər əvvəl Nikol Paşinyan Ermənistanın 1991-ci ildən bəri “tələyə düşmüş vəziyyətdə” olduğunu deyib:
“Bizi Qarabağ üçün pis yaşadığımıza inandırdılar. Bu, yalan idi və hərəkatın nəticələrinin ağır olacağını bilirdilər”.
Safura Bənnayeva
Globalinfo.az