
“Ermənistan və Türkiyə arasında dialoq müsbət nəticələr vermək üçün kifayət qədər yetkin mərhələyə çatıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Arorat Mirzoyan deyib.
Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlıq üçün yeni imkanlar yaranıb:
“Nümayəndələr bu yaxınlarda sərhəddə yerləşən Ani körpüsünün birgə bərpası ilə bağlı memorandum imzalayıblar.
Bundan əlavə, Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolu xəttinin bərpası üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Tərəflər diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazır olduqlarını dəfələrlə bəyan ediblər. İlk mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatlar üçün sərhədin açılması ilə bağlı razılıq əldə olunsa da, bu proses hələ tam reallaşmayıb”.
Nazir əlavə edib ki, bəzi razılaşmalar artıq icra olunur, digərləri isə hazırlanma mərhələsindədir.
Safura Bənnayeva
Globalinfo.az