avropa

Avropa İttifaqının rəsmiləri Ermənistanda baş verən prosesləri görürlər. Lakin buna baxmayaraq, hakimiyyətin rəsmi mövqeyinə üstünlük verərək müxalif qüvvələrin bəyanat və etirazlarını eşitmirlər.

Globalinfo.az xəbər verir ki, bu fikri siyasi analitik David Karapetyan səsləndirib.

Analitikin fikrincə, müxalifətin mesajları cavabsız qalacaq. Baxmayaraq ki, Ermənistan hakimiyyətinin demokratik nailiyyətlər barədə açıqlamalarının formal xarakter daşıdığını anlayır. Onun sözlərinə görə, hökumət hazırda Aİ-ni razı salmağa və xüsusilə seçki dövründə ondan dəstək almağa çalışır.

“Aİ tərəfi ölkədə baş verən prosesləri diqqətlə izləyir. Avropa İttifaqı İrəvana ‘yaşıl işıq’ yandırıb, çünki mövcud hakimiyyətin siyasəti onu qane edir”, – deyə o vurğulayıb.

Ekspert həmçinin iqtisadi asılılıq riskinə diqqət çəkib. Onun fikrincə, yerli iqtisadiyyat və sənaye inkişaf etmiş Avropa ölkələri ilə rəqabət aparmaqda çətinlik çəkə bilər. Miqrasiya axınlarının artması isə demoqrafik struktura və sosial sahəyə əlavə yük yaradacaq.

Analitik vurğulayıb ki, bu məsələlər sammit çərçivəsində açıq şəkildə qaldırılmalı və cavablar gözlənilməlidir. Eyni zamanda, o qeyd edib ki, hələlik Ermənistan hakimiyyətinin sammitdə hansı konkret gündəmlə çıxış edəcəyi aydın deyil və hazırlıq əsasən protokol xarakteri daşıyır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: