putin 820x473 1

“Ukraynada qələbədən sonra davam edən Rusiya aqressiyası təhdidi Gürcüstan və bütün Avropanın üzərindən götürüləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson Atlantik Şurasında çıxışı zamanı deyib.

“Ukrayna qələbə qazansa, Putin geri otuzdurulacaq. Biz davam edən Rusiya aqressiyası təhdidini Gürcüstanda, Moldovada, Baltikyanı ölkələrdə və bütün Şərqi Avropada ortadan qaldıracağıq. Ukrayna qələbə qazansa, biz Avropanın təhlükəsizlik arxitekturasına aydınlq və stabillik gətirəcəyik. Nəhayət, Putinin fəlakətli səhvə yol verdiyi fatal ikimənalılığı ləğv edəcəyik” – deyə bildirib.

Conson həmçinin Qərbin Kiyevə yardım etməyəcəyi halda Putinin bütün adını çəkdiyi ölkələr və regionlar üçün təhdid olaraq qalacağını söyləyib.

Qeyd edək ki, bundan öncə Rusiya xarici işlər naziri Sergey Lavrov Moldovanın NATO-ya inteqrasiyaya can atdığını bununla da öz ərazisində yeni Ukrayna yaratmağa çalışdığını bildirmişdi.

İlkin
Globalinfo.az

Paylaş: