podolyak

Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşneri tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Novini.Live” nəşrinə müsahibəsində danışıb.

Rəsmi vurğulayıb ki, Ukrayna istənilən vaxt aktiv danışıqlara hazırdır və Kiyevdə ABŞ-dan rəsmi danışıqlar qrupunu gözləyir.

“Amma qəribədir ki, vasitəçilər Moskvaya gedir, çeburek və ya xaçapuri yeyirlər, lakin özünü müdafiə edən ölkəyə gəlmirlər”, – deyə Podolyak narazılığını ifadə edib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Uitkoff və Kuşnerin Moskvaya səfərini kəskin tənqid edib. O bildirib ki, Moskvaya gedib Kiyevə gəlməmək hörmətsizlikdir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: