“Hazırkı şəraitdə neft bazarında qiymət “müharibəsindən” danışmaq doğru deyil, çünki artıq təklif çatışmazlığı mövcuddur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Alexander Novak deyib.
Novak bildirib ki, sektor dərin böhran mərhələsindədir:
“Neftin böyük hissəsi bazara çıxmır, eyni zamanda tələb təklifi üstələyir. Rusiya OPEC+ ölkələri əməkdaşlığı davam etdirəcək və Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən mümkün çıxışı bu əməkdaşlığa ciddi təsir göstərməyəcək.
Rusiya və Səudiyyə Ərəbistanı hələlik bu məsələni müzakirə etməyib, həmçinin Moskva təşkilatdan çıxmağı planlaşdırmır. Çünki bu format böhran dövrlərində bazar risklərini azaltmağa kömək edir”.
Safura Bənnayeva
Gloalinfo.az