tramp 2 900x506 1

“İranla nüvə sazişi imzalanana qədər dəniz blokadası davam edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Axios”a verdiyi müsahibədə deyib.

“Blokada bombardmandan bir qədər daha effektivdir. Onlar boğulurlar. İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək. Vəziyyətləri daha da pisləşəcək. Onlar blokadanı dayandırmağımı istəyirlər. Mən isə onu ləğv etməyi düşünmürəm. Çünki onların nüvə silahına sahib olmasını istəmirəm”, – deyə Tramp vurğulayıb.

Bu arada ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranla bağlı danışıqları dalandan çıxarmaq üçün qısa və güclü zərbələr planı hazırlayıb.

Məlumata görə, ehtimal olunan zərbələr infrastruktur obyektlərini hədəf alacaq və bundan sonra ABŞ İran rəhbərliyinə danışıqlar masasına qayıtması və daha çevik mövqe nümayiş etdirməsi üçün təzyiq göstərəcək.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: