Heç bir ABŞ prezidenti Donald Tramp qədər sui-qəsd cəhdindən sağ çıxmayıb.
Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə açıqlayıb.
“Bu, Trampa qarşı iki ildə üçüncü sui-qəsd cəhdidir. Tarixdə heç bir başqa prezident həyatına bu qədər təkrarlanan və ciddi sui-qəsdə məruz qalmayıb”, – deyə o bildirib.
Livitt həmçinin Trampa qarşı sui-qəsdin səhnələşdirilə biləcəyi ilə bağlı şayiələrə də toxunaraq nəzəriyyəni “dəlilik” adlandırıb.
Brifinq zamanı mətbuat katibi Trampa qarşı sui-qəsd cəhdini onun sistemli şəkildə həyata keçirilməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, Trampın siyasi rəqiblərinin istifadə etdiyi ritorika ABŞ-da bu cür zorakılığı daha da alovlandırır.
Tahir Turan
Globalinfo.az