2f5d7fda089c073f0660cdf400d41dc5

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə “TurAz Qartalı – 2026” birgə taktiki-uçuş təlimi başlayıb.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə brifinq zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.

Təlim üçün hazırlanmış videoçarx iştirakçılara nümayiş etdirilib.

Daha sonra inzibati məlumatlandırma, icra olunacaq təlim tapşırıqları haqqında brifinq təqdim olunub.

Qeyd edək ki, təlim iki ölkənin müştərək hava əməliyyatlarının planlaşdırılması və icrası üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, şəxsi heyətin peşəkarlığının artırılması və koordinasiyanın gücləndirilməsi məqsədilə keçirilir.

6a9c4aedd8bd1b2fec58aff1685f1e8e 2  1776959056 17769582421529541545 1200x630 11

94e35876ae495f9d19114727073f48e2

Paylaş: