1776959056 17769582424023063580 1200x630 12

Aprelin 27-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Daha sonra Zəfər parkı ziyarət olunub və Zəfər abidəsinin önünə əklil qoyulub.

Baş Qərargahda keçirilən görüşdə general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daim inkişaf etdiyini və bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi barədə danışan Baş Qərargah rəisi bu kimi təlimlərin ikitərəfli əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olduğunu və bölgənin təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən ordu generalı M.Tokel strateji müttəfiqliyi özündə ehtiva edən hərbi əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini bildirib.

Görüşdə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə və çoxmillətli təlimlərin ölkələrimizin hərbi qulluqçularının peşəkarlığının yüksəlməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün əhəmiyyətli olduğu vurğulanıb.

Tərəflər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müxtəlif sahələrini müzakirə edib, birgə fəaliyyətlər və maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.

2f5d7fda089c073f0660cdf400d41dc5 6a9c4aedd8bd1b2fec58aff1685f1e8e 94e35876ae495f9d19114727073f48e2 1776959056 17769582421529541545 1200x630 31 1776959056 1776958242603549733 1200x630 4 1776959070 177695824246329299 1200x630 3 1776959070 17769582421774731443 1200x630 2 dji 0594 1030x580 709798 9 pixverse image effect prompt generate a realis 01 1

Paylaş: