1772308447 1763296327 netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu Livanda “Hizbullah“a qarşı uğursuz əməliyyata görə ölkənin Silahlı Qüvvələrini günahlandırmaq istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Israel Hayom” (IH) portalı öz mənbələrinə istinadən məlumat yayıb.

“Ordudakı narazılıq aysberqin yalnız görünən hissəsidir. Netanyahu hazırda həm Livan, həm də İrandakı nəticələrə görə onları ittiham etmək istəyir.

Lakin  bu, ictimai narazılığı azaltmaq üçün sırf siyasi bir hiylədir, çünki orduya verilən təlimatlar əslində dəyişməz qalıb. “Hizbullah”a edilən hücumu əlbəttə, “güclü” adlandırmaq olmaz. Hər şey oyun qaydaları çərçivəsində idi. İsrail Silahlı Qüvvələri yalnız Livanın cənubunda və mülki şəxslərin olmadığı nöqtələrdə zərbələr endirdi”, – deyə nəşr yazıb.

Portalın mənbələrinə görə, İsrail ordusu ilə ölkə rəhbərliyi arasındakı fikir ayrılıqları dərinləşir.

Həmçinin qeyd olunur ki, Netanyahu İrandakı uğursuzluğa görə “MOSSAD” kəşfiyyat xidmətini də günahlandıra bilər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: