Zaxarova 14252

Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyası parlament seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova bildirib ki, Aİ “qanunsuz maliyyə axınlarının izlənməsi” və “kiberhücumlara qarşı mübarizə” kimi bəhanələrlə Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq:

“Avropa İttifaqının yeni mexanizmləri Brüsselə Ermənistanın nazirliklərinə təsir göstərmək üçün əlavə imkanlar verə bilər və bu səbəbdən 7 iyun parlament seçkilərinə təsir cəhdlərini istisna etmək olmaz”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: