
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) tam və hüquqi çıxışı mövcud vəziyyətdən asılı olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Tam çıxış edib-etməyəcəyimiz başqa məsələdir. Hazırda bunu deyə bilmərəm. Ona görə də vəziyyətə uyğun qərar verəcəyik”, – deyə o bildirib.
Paşinyan əlavə edib ki, onun seçki proqramında təşkilatdakı üzvlüyün yenidən aktivləşdirilməsi ilə bağlı addımlar nəzərdə tutulmayıb.
Safura Bənnayeva
Globalinfo.az