“Səkkiz il əvvəl istefa açıqlamamda bir cümlə yazmışdım. Sonradan həmin mətn dəyişdirildi və bəzi insanlar onu təhrif edərək mənə qarşı istifadə etməyə çalışdılar”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan deyib.
“Həyatım boyunca düzgün və səhv qərarlarım olub. Ən doğru, eyni zamanda ən çətin qərarım öz sözümə xilaf çıxaraq 2018-ci ildə baş nazir vəzifəsinə namizədliyimi qəbul etməyim idi.
Təəssüf ki, bu, həm də mənim ən böyük səhvim oldu”, – deyə o bildirib.
Safura Bənnayeva
Globalinfo.az