ABŞ – İran danışıqlarının ikinci raundu uranın zənginləşdirilməsi və Tehranın Hörmüz boğazına nəzarətdəki roluna yönələcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Nəticə etibarilə, Hörmüz boğazı qırmızı xəttə çevriləcək. Bu, əvvəllər problem deyildi. İndi isə oyun qaydaları dəyişib”, – deyə bildirilib.
Həmçinin qeyd olunur ki, Tehranın raket proqramı ilə bağlı müzakirələr çox güman, arxa plana keçəcək.
“Yeni danışıqlar strategiyası İranın Yaxın Şərqin enerji təchizatı üzərində nəzarətini effektiv şəkildə gücləndirə bilər.
Qeyd edək ki, bundan əvvəl İranın ABŞ ilə danışıqların ikinci mərhələsinə razılıq verdiyi açıqlanmışdı.
Əliyar Xəlil
Globalinfo.az