beqayi

Danışıqlar zamanı İranın zənginləşdirilmiş uranın ABŞ-a və ya başqa bir ölkəyə göndərilməsi heç vaxt müzakirə olunmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Ölkənin qəti mövqeyi İran ərazisində nüvə nailiyyətlərini qorumaqdır. Bu barədə irəli sürülən iddialar tamamilə təkzib olunur”, – deyə o bildirib.

Bəqayi vurğulayıb ki, İslam Respublikası heç vaxt belə bir ssenarini nəzərdən keçirməyib.

Daha əvvəl Prezident Donald Tramp ABŞ və İran nümayəndələrinin zənginləşdirilmiş uranı İslam Respublikasından çıxarmaq üçün birlikdə çalışacaqlarını açıqlamışdı. O, bunun Tehranla razılığa gəldikdən sonra baş verəcəyini bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: