pasinyan 91

Ermənistan Baş naziri Nikol Paşinyan Bakı və Ankara ilə münasibətlərdə keçmişdə yol verilmiş səhvləri etiraf edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Paşinyan qeyd edib ki, qonşu ölkələrlə əlaqələrin inkişafı Ermənistanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Onun sözlərinə görə, İrəvan Gürcüstan, İran, Türkiyə və Azərbaycanla əməkdaşlığı gücləndirməklə xarici dəstəkdən asılı olmadan dayanıqlı inkişafı hədəfləyir.

Baş nazir xüsusilə nəqliyyat infrastrukturunun blokadadan çıxarılmasına diqqət çəkib və TRIPP layihəsi ilə yanaşı, Gümrü–Qars dəmir yolunun bərpasını vacib adlandırıb.

“Əvvəlki siyasətimiz Azərbaycan və Türkiyə ilə münasibətlərdə sabitliyə mane olurdu”, – deyə N.Paşinyan vurğulayıb.

Ermənistan Baş naziri regionda “3+3” formatında əməkdaşlığa maraqlı olduqlarını da təsdiqləyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: