Kubanın keçmiş lideri Raul Kastronun nəvəsi ABŞ Prezidenti Donald Trampa gizli məktub göndərməyə cəhd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.
“Kastronun nəvəsi ötən həftə nüfuzlu havanalı iş adamı ilə Ağ Evə şəxsən gizli mesaj çatdırmaq barədə razılığa gəlib. ABŞ-ın Mayami şəhərindəki hava limanında rəsmi diplomatik kanalları keçərək məktubu dövlət başçısına çatdırmaq cəhdinin qarşısı alınıb”, – deyə bildirilib.
Məqalədə mesajın diplomatik qaydalara uyğun formatlandığı və Kubanın rəsmi möhürü daşıdığı vurğulanıb:
“Məktubun müəllifi ABŞ Prezidentinə iqtisadi və investisiya sazişləri, eləcə də sanksiyaların yumşaldılması təklifini irəli sürüb”.
Qeyd edək ki, aprelin 13-də D.Tramp Ağ Evdə keçirdiyi brifinqdə İran ətrafındakı vəziyyət həll edildikdən sonra ABŞ-ın Kubaya baxa biləcəyini demişdi.
Dövlət başçısı Kubanı “tənəzzülə uğrayan ölkə” adlandırdı və respublikanın “uzun müddətdir çox pis idarə olunduğunu” vurğuladı.
Əliyar Xəlil
Globalinfo.az