İranın Ermənistandakı səfiri ilə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan arasında görüş keçirilib.
Globalinfo.az xəbər verir ki, təxminən iki saat davam edən görüşdə Ermənistan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub, regional əməkdaşlıq məsələlərinə toxunulub.
Görüş zamanı Levon Ter-Petrosyan ölkənin Baş naziri Nikol Paşinyanın fəaliyyətini də tənqid edib. O, Paşinyanın atdığı addımları Samvel Karapetyan ətrafında yaranmış vəziyyət fonunda “təxribat xarakterli” kimi qiymətləndirib.
Tahir Turan
Globalinfo.az