papa 14 leo nun turkiye ziyareti ankara da karsilama 1200 836059 900x506 1

Roma Papası Pope Leo XIV ABŞ Prezidenti Donald Trampın tənqidlərinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

O, müharibələrə qarşı çıxışlarını davam etdirəcəyini deyib.

“Mən sülhün, dialoqun və dövlətlər arasında çoxtərəfli əməkdaşlığın təşviqi üçün çalışacağam ki, problemlərə ədalətli həll yolları tapılsın. ABŞ Prezidenti ilə mübahisəyə girmək istəmirik”, – deyə Roma Papası qeyd edib.

Xatırladaq ki, daha əvvəl D.Tramp Papanı İranı dəstəklədiyinə görə tənqid etmiş, onu “xarici siyasətdə zəif” və “cinayətkarlıq qarşısında aciz” adlandırmışdı.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: