Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Eşqin Hüseynov dəfn olunub.
Globalinfo.az xəbər verir ki, onun cənazəsi bu dəqiqələrdə Hunanlar kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və kənd sakinləri iştirak ediblər.
***14:06
Dünən qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn olunub.
Globalinfo.az xəbər verir ki, şəhid hərbçi Bakıdakı İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edib.
Mərasimdə Dövlət Himni səslənib, yaylım atəşi açılıb.