Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın Respublika Partiyasının qurultayında Qarabağdakı keçmiş qondarma rejimlə bağlı açıqlamaları birmənalı qarşılanmayıb.
Globalinfo.az xəbər verir ki, Sərkisyan Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunaraq həbs edilən və Bakıda cəzaçəkmə müəssisəsində olan rejim “liderlərinə” müraciət edib.
“Hər gün qəlib, ağlım sizinlədir, inanıram ki, bir gün görüşəcəyik. Bir çoxundan daha artıq hörmətə layiqsiz”, – Sərkisyan bildirib.
Keçmiş prezident Qarabağ məsələsinin bağlanmadını deyib və ermənilərə revanşist çağırışlar edib.
Ermənistan hökuməti və hakim partiyanın nümayəndələri, o cümlədən, parlamentin sədri Alen Simonyan Sərkisyanın bu addımını tənqid ediblər.
Əliyar Xəlil
Globalinfo.az