Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən 2021-ci il təvəllüdlü azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Mərkəzin Uşaq Xəstəxanasında hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri sabitdir.
***14:34
03.04.2026-cı il tarixində saat 15:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Bu barədə Globalinfo.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
“Qeyd edək ki, azyaşlı 01.04.2026-cı il tarixində saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən 02.04.2026-cı il tarixində evə buraxılmışdı.
Əlavə edək ki, digər 5 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir”,- məlumatda qeyd edilib.
***13:08
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, zəhərlənmə hadisəsi iki gün öncə baş verib.
Belə ki, aprelin 1-də çoxuşaqlı ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Azyaşlılar xəstəxanaya yerləşdirilib, daha sonra evə buraxılmışdılar. Qəfil halı pisləşən 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət yenidən xəstəxanaya yerləşdirilib.
Aparılan müalicə və müayinələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.