livan

İsrailin Tir sərhəd bölgəsindəki Əl-Vasitha və Deyr Kifah şəhərlərinə endirdiyi hava zərbələri nəticəsində ən azı dörd Livan vətəndaşı həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Livan hökumətinin Fövqəladə Hallar Qərargahı açıqlama yayıb.

“Litani çayı körpüsünün yaxınlığındakı Əl-Vasit ərazisində bir avtomobil atəşə tutulub və içəridəki iki mülki şəxs aldığı yaralardan ölüb. Hava hücumunda iki nəfərin öldüyü barədə məlumatlar Deyr Kifah kəndindən gəlib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, səhər saatlarında İsrail təyyarələri Bint Cbeil, Zavtar əl-Ğarbiya, Kfar Dunin, Məcdəl Zun, əl-Qantara və əl-Şəhabiyyə kəndlərinə hücum edib. Qabrixa, Məcdəl Silm, Tulin və əl-Mənsuriyyə kəndləri də atəşə tutulub.

Tahir Turan
Globalinfo.az

Paylaş: