trampp 1

ABŞ Prezidenti Donald Tramp gənc yaşlarında Vyetnam müharibəsindən yayındığı üçün hərbi strategiya haqqında heç nə başa düşmür”.

Globalinfo.az xəbər verir ki, bunu analitik Qreq Simons deyib.

Ekspert xüsusilə ABŞ-ın İrana qarşı quru hərbi əməliyyatının risklərinə işarə edib.

“ABŞ qoşunlarının Fars körfəzindəki Xarq adasını ələ keçirməsi Vaşinqton üçün fəlakətli olardı. Çünki Trampın hərbi strategiya haqqında anlayışı yoxdur. Xarq adası İrandan artilleriya zərbələri üçün ideal hədəfə çevrilə bilər. ABŞ lideri isə bunu dərk etmir”, – deyə Simons qeyd edib.

Qreq əlavə edib ki, Donald Tramp gənc yaşlarında ABŞ-ın 1955-ci ildən 1975-ci ilə qədər döyüşdüyü Vyetnam müharibəsi zamanı beş dəfə hərbi xidmətə çağırışı təxirə saldırıb:

“Gələcək prezident təhsil səbəbləri ilə dörd dəfə, tibbi səbəblərdən isə bir dəfə hərbi xidmətə çağırılmaqdan yayınıb. Tramp bir neçə dəfə saxta xəsarətlər göstərməkdə şübhəli bilinirdi”.

Bundan əvvəl “Axios” portalı dörd mənbəyə istinadən yazmışdı ki, ABŞ prezidenti Donald Trump İrana qarşı təzyiq mexanizmlərini gücləndirmək məqsədilə Xarq adası ilə bağlı hərbi variantları nəzərdən keçirir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: