Rusiyalı bir məmurun avtomobilini partlatmağa cəhd edən şəxs saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, 52 yaşlı rusiyalı şəxs Ukrayna xüsusi xidmət orqanları tərəfindən terror aktı törətmək üçün cəlb olunub:
“Həmin şəxs mesajlaşma tətbiqi vasitəsilə xarici kəşfiyyat xidmətinin nümayəndəsi ilə proaktiv şəkildə əlaqə saxlayıb və onların təlimatlarına uyğun olaraq terror aktı üçün nəzərdə tutulmuş anbardan əldəqayırma partlayıcı qurğunun komponentlərini çıxarıb.
FSB əməkdaşları onun qanunsuz fəaliyyətini müəyyən edərək dayandırıblar. Cinayətkar avtomobilə bomba yerləşdirməyə cəhd edərkən saxlanılıb. Axtarış zamanı içərisində qəlpə olan 3,5 kiloqramlıq partlayıcı qurğu müsadirə edilib”, – deyə qeyd olunub.
Əliyar Xəlil
Globalinfo.az