1PWLTKYl636I53Wlak1Z9G4O37TRwg9m9MCKhjFb 1200 4

İran martın 19-da İsrail və ABŞ hədəflərinə zərbələr endirdiyini bəyan edib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi məlumat yayıb.

Qeyd edilib ki, “Doğru vəd-4” əməliyyatı çərçivəsində İsrailin mərkəzi və şimal bölgələrində yerləşən hədəflər, o cümlədən Ben-Qurion hava limanı vurulub.

“Zərbələr həmçinin Hayfa və Rişon-le-Sion şəhərlərində yerləşən neft emalı zavodlarına, qoşun toplanma məntəqələrinə və yanacaq təminatı obyektlərinə yönəldilib. ABŞ ordusunun 5-ci donanması da dəqiq zərbələrə məruz qalıb”, – deyə açıqlamada vurğulanıb.

Paylaş: