araqci 900x563 1

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyəyə təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

“Ramazanın mübarək günlərində qardaş türk millətinin və dost Türkiyə Respublikasının İran xalqı üçün etdiyi dualar və göstərdiyi həmrəylik bizim üçün böyük güc və mənəvi dəstək mənbəyidir”, – deyə Əraqçi bildirib.

Əraqçi əlavə edib ki, İran öz suverenliyini və xalqının təhlükəsizliyini qətiyyətlə müdafiə etməyə davam edəcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: