“ABŞ və İsrailin İrandakı əməliyyatı ən azı aprel ayına qədər davam edəcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı İsrail və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
“İsrail və Amerika rəsmiləri ən azı iki həftə daha İrana zərbələr endirməyə hazırlaşdıqlarını bildirirlər. ABŞ Prezidenti Donald Tramp əməliyyatının əsasən məqsədlərinə çatdığını açıq şəkildə iddia etsə də , Amerika və İsrail rəsmiləri hələlik döyüşlərin nə vaxt bitəcəyinə dair heç bir əlamət olmadığını bildirirlər”, – deyə qeyd olunub.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz müharibənin bütün məqsədlərə çatana və kampaniyada qəti qələbə qazanana qədər davam edəcəyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az