“İranın yeni ali lideri Müctəba Xameneinin rahat yaşaya biləcəyini düşünmürəm”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O əlavə edib ki, əgər Vaşinqton İrana qarşı hərbi əməliyyatlara üç gün gec başlasaydı, ilk zərbəni İran endirəcəkdi.

Bundan əvvəl  “Vol Strit Jurnal” (VSJ) bir neçə yüksək rütbəli ABŞ rəsmisinə istinadən Trampın Müctəba Xamenei ilə bağlı planınından yazmışdı.

ABŞ Prezidenti Donald Tramp köməkçilərinə bildirib ki, İranın yeni ali rəhbəri Müctəba Xamenei Vaşinqtonun nüvə proqramını tamamilə dayandırmaq tələbinə müsbət cavab verməsə, ona qarşı sui-qəsd planlarını dəstəkləyəcək”, – deyə nəşr qeyd etmişdi.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: