ermenistan

Ermənistanın kişilərdən ibarət bədii gimnastika komandası martın 10-da Türkiyənin Antalya şəhərində başlayacaq Dünya Kubokunun üçüncü mərhələsində iştirak edə bilməyəcək. 

Globalinfo.az xəbər verir ki, komandanın mövcud vəziyyətə görə Qətərdəki təlim-məşq toplanışından qayıda bilmədiyi deyilir.

Məlumata görə, bu səbəbdən komandanın Türkiyəyə səfəri və turnirdə iştirakı mümkün olmayacaq.

Qeyd edək ki, bundan öncə Ermənistan gimnastika millisi Dünya Kubokunun ikinci mərhələsi Bakıda keçirildiyi üçün qatılmaqdan imtina etmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: