63ff6dec5f2a363ff6dec5f2a4167768420463ff6dec5f2a063ff6dec5f2a2

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana yola düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin tviter hesabında paylaşım edilib.

“Prezident Şavkat Mirziyoyev Azərbaycan işgüzar səfərə getdi”, – paylaşımda qeyd olunub.

Şavkat Mirziyoyev Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə görüşündə iştirak edəcək.

***

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

63ff6dec4cbb463ff6dec4cbb5167768420463ff6dec4cbb063ff6dec4cbb2

Paylaş: