qatar8

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur.

Globalinfo.az xəbər verir ki, 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan və 135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatarAzərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Rusiya gübrəsi Azərbaycandan tranzitlə Ermənistana göndərilir.

***10:12

Bu gün 1984 ton dizel yanacağı (31 vaqon) Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndərilir.

Globalinfo.az xəbər verir ki, bununla yanaşı, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 135 ton gübrə yüklü 2 vaqon bu gün Bakıdan yola salınır.

    Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir.

    Paylaş: