İran–Ermənistan sərhədi 24 saatlıq bağlanmadan sonra açılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.
“İranın Ermənistandakı səfiri Xalil Şirqolami bildirib ki, İranın iki sərhəd keçid məntəqəsi, sərhəddəki texniki sistem problemləri səbəbindən 24 saatlıq bağlanmışdı və onlardan biri İran–Ermənistan sərhədidir.
Səfir qeyd edib ki, bu gün səhər saat 09:30-da problem həll olunub və hazırda sərhəd iki tərəfdən nəqliyyat axını problemsiz şəkildə həyata keçirilir.
O əlavə edib ki, Kapan şəhərindəki İran baş konsulu sərhəddədir və əmin edib ki, hazırda heç bir sıxlıq yoxdur”, – deyə vurğulanıb.
Safura Bənnayeva
Globalinfo.az