İtaliyanın Milan şəhərində tramvay relsdən çıxaraq restoranın vitrinini dağıdıb.
Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər həyatını itirib, təxminən 40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, vaqon bir neçə piyadanı vurub, onlardan bəziləri tramvayın altında qalıb. Qəza zamanı restoranın vitrinləri ilə yanaşı, yol infrastrukturuna da ziyan dəyib.
Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Tahir Turan
Globalinfo.az