pasinyan yeni8 900x600 1

ErmənistanPolşa arasında hərbi-texniki əməkdaşlığa dair saziş imzalanıb.

Globalinfo.az xəbər verir ki, sənədi Ararat Mirzoyan və Vladislav Kosinyak-Kamış imzalayıblar.

Sazişin imzalanma mərasimi Ermənistan nümayəndə heyətinin Polşaya rəsmi səfəri çərçivəsində baş tutub. Nümayəndə heyətinə ölkənin baş naziri Nikol Paşinyan rəhbərlik edib.

Məlumata əsasən, sənəd iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsini, müdafiə sənayesi üzrə təcrübə mübadiləsini və təhlükəsizlik istiqamətində qarşılıqlı əlaqələrin gücləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Polşa 1999-cu ildən NATO üzvüdür və alyansın kollektiv müdafiə və hərbi əməkdaşlıq təşəbbüslərində fəal iştirak edir. Ermənistan isə rəsmi olaraq KTMT üzvü olsa da, ölkə rəhbərliyi 2024-cü ildən təşkilatın fəaliyyətində iştirakını dondurduğunu açıqlayıb.

Ekspertlər hesab edirlər ki, bu saziş Ermənistanın təhlükəsizlik siyasətində yeni tərəfdaşlıqlar axtardığını göstərən növbəti addım kimi qiymətləndirilə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: