Cənubi Koreya səmasında 24 saat ərzində ikinci F-16 “Fighting Falcon” qırıcı təyyarəsi qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yonhap” Cənubi Koreya Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, son hadisə Şimali Gyeongsang əyaləti yaxınlığında baş verib.
Bildirilib ki, Çunqju Hava Bazasına təyin olunan F-16 qırıcısı gecə təlim uçuşu zamanı dağlıq əraziyə düşüb. Pilot vaxtında katapult edərək xilas olub və ilkin məlumata əsasən xəsarət almayıb. Rəsmi açıqlamada yerə və mülki şəxslərə zərər dəymədiyi vurğulanıb.
Həmin gün daha əvvəl isə Sarı dəniz üzərində başqa bir F-16 qəzaya uğrayıb. O hadisədə də pilot katapult edərək xilas edilib.
Tahir Turan
Globalinfo.az