1757933564 tramp modernaz 1760890092

Almaniyanın vitse-kansleri  və maliyyə naziri Lars Klinqbeyl ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi idxal tariflərinin qurbanlarının adını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Maliyyə naziri bildirib ki, tariflərin əsas mənfi təsirini amerikalıların özləri hiss edəcək.

Onun sözlərinə görə, Avropa ölkələri dünyada yeni ticarət əlaqələri qurmaq və sərbəst ticarət sazişləri imzalamaqla ABŞ-ın təzyiqlərinə qarşı effektiv mövqe nümayiş etdirə biliblər.

Klinqbeyl iddia edib ki, xüsusilə Qrenlandiya ətrafındakı vəziyyət fonunda tariflərlə hədələyən Vaşinqton administrasiyası Avropanın vahid və qətiyyətli mövqeyindən sonra geri addım atmağa məcbur qalıb.

“Trampın yeni tariflərinin qurbanı Atlantik okeanının hər iki tərəfindəki dövlətlər olacaq. Bu tariflər həmin ölkələrdəki iqtisadiyyata zərər vurur, lakin ən çox əziyyət çəkənlər Amerika vətəndaşlarının özləridir”, – deyə alman siyasətçi vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: