ABŞ prezidenti Donald Trump ölkənin Ali Məhkəməsinin idxal rüsumları ilə bağlı qərarından sonra alternativ fəaliyyət planının olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, ABŞ mediasının məlumatına görə, Ağ Evdə ştat qubernatorları ilə keçirilən görüş zamanı Donald Tramp Ali Məhkəmənin qərarını sərt tənqid edərək onu “utancverici” adlandırıb və vəziyyətdən çıxmaq üçün ehtiyat plan üzərində çalışdığını bildirib.
Lakin prezident bu planın detalları barədə açıqlama verməyib.
Ali Məhkəmənin qərarı Tramp administrasiyasının ticarət siyasətinə ciddi hüquqi məhdudiyyətlər qoysa da, prezident alternativ addımların mümkün olduğunu bildirərək geri çəkilməyəcəyinə işarə edib. ABŞ-da iqtisadi siyasət ətrafında siyasi və hüquqi müzakirələrin daha da kəskinləşəcəyi gözlənilir.
Əliyar Xəlil