tramp

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında çıxış edib.

Globalinfo.az xəbərinə görə, o bildirib ki, yaxın zamanda bütün ölkələr bu təşəbbüsə qoşulacaq.

Trampın sözlərinə görə, artıq bir çox dövlət razılıq verib. Tərəddüd edən ölkələr isə sonda bu qərarı qəbul etməyə məcbur olacaq. Tramp bəzi ölkələrin prosesdə hiylə işlətməyə çalışdığını, lakin bunun nəticə verməyəcəyini vurğulayıb. ABŞ lideri Sülh Şurasını nüfuz və təsir baxımından indiyədək yaradılmış ən önəmli platformalardan biri adlandırıb.

ABŞ prezidenti çıxışı zamanı vasitəçiliyi ilə həll olunduğunu iddia etdiyi münaqişələrdən də danışıb. O, xüsusilə AzərbaycanErmənistan arasında uzun illər davam edən qarşıdurmaya toxunaraq, bu prosesdə mühüm rol oynadığını bildirib. Tramp qeyd edib ki, tərəflər arasında münasibətlərin normallaşması regionda sülhün formalaşmasına imkan yaradıb.

İclas Vaşinqtonda ABŞ Sülh İnstitutunda keçirilib. Görüşdə ümumilikdə 26 üzv ölkə və əlavə olaraq 23 müşahidəçi dövlət iştirak edib. Müzakirələrin əsas mövzularından biri Qəzza sektorunun yenidən qurulması planı olub.

Tramp həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan haqqında danışaraq onları “yaxşı liderlər” adlandırıb və iki ölkə arasında əldə olunan sülhü unutmayacağını diqqətə çatdırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: