papikyan

ABŞ-ın İrəvandakı müvəqqəti işlər vəkili Devid Allen Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, görüş zamanı Ermənistan-Amerika hərbi əməkdaşlığının gücləndirilməsi istiqamətləri müzakirə olunub.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfəri zamanı İrəvanın Vaşinqtondan 11 milyon dollar dəyərində kəşfiyyat dronları aldığı açıqlanmışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: