whatsapp image 2026 02 17 at 11.37.50

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

***14:00

Bakının Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.

İlkin məlumata əsasən, bir nəfər xəsarət alıb, 6 nəfər təxliyə edib.

Bina taxta konstrukdiyadan ibarət olduğu üçün yanğın söndürülmə işlərində çətinliklər olub. Hazırda yanğın məhdudlaşdırılıb.

Əraziyə 5 yanğın abtomobili, 27 nəfər şəxsi heyət cəlb olunub.

X X X

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, hazırda binanın taxta arakəsmələrinin sökülməsi və bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiamətində işlər davam etdirilir.

    Əlavə məlumat veriləcək.

    ***13:00

    Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb.

      Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

      Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.

      Əlavə məlumat veriləcək.

      ***12:51

      Səbail rayonu, L. Tolstoy 7 küçəsində baş verən yanğında 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrində II-III dərəcəli termiki yanıq xəsarəti alıb.

      Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

      Bildirilib ki, çağırış ünvanına beş təcili tibbi yardım briqadası cəlb olunub.

      Yağında xəsarət alan 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

      ***12:41

      Səbail rayonunda yerləşən ikimərtəbəli yaşayış binasındakı yanğın digər mənzilə keçib.

      Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, İslam Səfərli küçəsində birinci mənzildəki yanğın söndürülsə də, indi alov ona bitişik olan ikinci mənzilə keçib. Yanğının yenidən gücləndiyi bildirilir.

      Məlumata görə, yanğın baş verən yaşayış binasına bitişik tikili yerli əhəmiyyətli memarlıq abidəsidir.

      ***12:18

      Səbail rayonu, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın zamanı xəsarət alanlar var.

      Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, iki nəfər (bir qadın, bir kişi) müxtəlif dərəcəli yanıq xəsarətləri alıb

      ***11:46

      Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində “Torqovı” ərazisində binada yanğın başlayıb.

      Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

      Bildirilib ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb edilib.

      Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

      Yanğınla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti də məlumat yayıb.

      Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

      @tv.oxu Bakının mərkəzində mənzildə yanğın başlayıb. Oxu. Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli binanın ikinci mərtəbəsində mənzil yanır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. #yanğın #oxuaz ♬ oxu.az – orijinal ses – oxu.az

      ***

      Bakının mərkəzində mənzildə yanğın başlayıb.

      Oxu.Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli binanın ikinci mərtəbəsində mənzil yanır.

      Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

      Посмотреть эту публикацию в Instagram

      Публикация от Oxu.Az (@oxuaz)

      X X X

      Paytaxtın Nizami (Torqovı) küçəsində yanğın başlayıb.

      Oxu.az hadisə yerindən görüntüləri təqdim edir:

      Bakının Nizami küçəsində güclü yanğın BAŞLAYIB - VİDEO - FOTO Bakının mərkəzində güclü YANĞIN - Hadisə yerindən GÖRÜNTÜLƏR

      Paylaş: