
Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o bu barədə öz sosial media hesabında paylaşım edib.
“Əziz həmvətənlər! Bildirmək istəyirəm ki, Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım başa çatdı. Xahiş edirəm, bu mövzunun müzakirəsində hər kəs təmkinli və korrekt davransın. Təşəkkür edirəm”, – A.Akopyan yazıb.
Ermənistan mediası onların rəsmi şəkildə evləndiyini yazıb.
Qeyd edək ki, vətəndaş nikahı rəsmi qeydiyyat olmadan birgə yaşamadır. Ermənistan qanunvericiliyinə görə, yalnız dövlət qeydiyyatından keçmiş nikah hüquqi qüvvəyə malikdir. Dini mərasim və ya qeydiyyatsız birgəyaşayış hüquqi nikah sayılmır və tərəflərə rəsmi ər-arvad statusu vermir. Məlumata görə, Akopyan və Paşinyan uzun illər birlikdə yaşayır və övladları var, lakin bu vaxta qədər münasibətləri rəsmi nikah kimi qeydiyyata alınmayıb.
Safura Bənnayeva
Globalinfo.az