rafiqicra

Xətai Rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Quliyevə ağır itki üz verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, icra başçısının atası Çəpərxan Quliyev vəfat edib. Onun uzunsürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir. 

Mərhum bu gün Bakı şəhərində Dədə Qorqud qəbiristanlığında dəfn olunub. Yas mərasimi sabah – fevralın 17-də Babək prospektində yerləşən mərasim evində (SOCAR) keçiriləcək.

Allah rəhmət eləsin!

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: