y 000089

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) 206 saylı müntəzəm marşrut xətti üzrə keçirdiyi müsabiqənin nəticəsinə əsasən “Xaliq Faiqoğlu” MMC xidmətə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu gündən xətt üzrə avtobuslar daha müasir nəqliyyat vasitələri ilə əvəzlənib.

Bildirilib ki, bu avtobuslar daha komfortlu olmaqla yanaşı bir sıra texnologiyalarla təchiz edilib. İsitmə-soyutma sistminə, fiziki məhdudiyyətlilər üçün xüsusi yerə və pandusa malikdir.

Metronun “Elmlər Akademiyası” stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli marşrut üzrə 10 müasir avtobus 12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətindədir.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçirilir və gedişhaqqı 0,60 AZN müəyyən edilib.

avtobbbbs
19ef149a e0db 4ce2 99aa 00e7e4f54073 1
02201e4c ef91 44a2 9271 a470f7515bdd

Paylaş: